Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təyyarəmiz Balıkesir-Edremit istiqamətindəki yanğınlara cəlb olundu - VİDEO

Təyyarəmiz Balıkesir-Edremit istiqamətindəki yanğınlara cəlb olundu - VİDEO

Tarix: 29 Avqust 2024 09:34

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Sonxeber.net FHN-ə istinadən xəbər verir ki, ötən gün ərzində təyyarə Balıkesir-Edremit istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.


Etiketlər:  Təyyarəmiz Balıkesir Edremit istiqamətindəki yanğınlara cəlb olundu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ