Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2024 19:02
Amerikalı milyarder İlon Mask hesab edir ki, ABŞ tezliklə iflasla üzləşə bilər.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Dövlət xərclərinin hazırkı göstəriciləri ilə ABŞ iflasa doğru gedir. Hökumətin həddindən artıq xərcləri inflyasiyaya səbəb olur", - paylaşımda qeyd edilib.
ABŞ Maliyyə Nazirliyi iyulun 29-da məlumat yayıb ki, ölkənin dövlət borcu 35 trilyon dolları ötüb.