Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

EKVİTA şirkəti yeni partnyorlarını açıqlayıb (FOTO)

EKVİTA şirkəti yeni partnyorlarını açıqlayıb (FOTO)

Tarix: 29 Noyabr 2019 19:27

Bakı. Trend:

Dekabrın 1-dən etibarən Şərəf Əsgərova və Fuad Qəşəmov EKVİTA şirkətinin partnyorları olacaq və şirkətin hüquq praktikasına birgə rəhbərliyi həyata keçirəcəklər.

Fuad Qəşəmov

Fuad bəy 2008-ci ildə Qafqaz Universitetinin beynəlxalq hüquq fakültəsini bitirərək bakalavr dərəcəsinə, 2011-ci ildə isə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini bitirərək beynəlxalq hüquq üzrə magistr dərəcəsinə yiyələnmişdir.

Fuad bəy EKVİTA şirkətində 2013-cü ildən etibarən işləyir. Daha əvvəl isə aparıcı banklardan birində hüquqşünas və yerli konsaltinq şirkətində hüquqşünas olaraq çalışmışdır.

EKVİTA şirkətində Fuad bəy İnzibati Hüquq, Daşınmaz Əmlak və Əqli Mülkiyyət sahələri ilə bərabər Mübahisələrin Həlli Praktikasına rəhbərlik etməyə davam edəcək.

EKVİTA şirkətində karyerası boyunca Fuad bəy:

Kommersiya arbitrajı ilə bağlı yerli qanunvericiliyin təhlilini aparmış və London Beynəlxalq Arbitraj Məhkəməsinin qərarının Azərbaycanda tətbiq edilməsi ilə bağlı “Global 500”-ə daxil olan Koreya şirkətinə hüquqi rəy vermişdir;
Azərbaycanda mürəkkəb daşınmaz əmlak mübahisəsində Böyük Britaniya şirkətini təmsil etmişdir (mübahisənin məbləği 2 milyon ABŞ dollarından artıq olmuşdur);
Mürəkkəb müqavilə və daşınmaz əmlak mübahisəsində Amerika şirkətini təmsil etmişdir (mübahisənin məbləği 20 milyon ABŞ dollarından çox olmuşdur);
Bir neçə əmək və kommersiya mübahisələrində Böyük Britaniya və ABŞ-ın böyük şirkətlərini uğurla təmsil etmişdir;
Koreya tikinti şirkətinə 107 milyon ABŞ dolları dəyərində tikinti layihəsində tam hüquqi dəstək göstərmişdir;
Böyük Britaniya əsaslı şirkəti kredit və daşınmaz əmlakla bağlı məhkəmə mübahisəsində təmsil etmişdir (mübahisənin məbləği 130 milyon manatdan çox olmuşdur).

Fuad Qəşəmov 2014-cü ilin avqust ayından etibarən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür.

Şərəf Əsgərova

Şərəf xanım Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirərək bakalavr dərəcəsinə və kommersiya hüququ ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir.

Şərəf xanım EKVİTA şirkətində təcrübəçi və hüquqşünas köməkçisi kimi fəaliyyət göstərməyə başlamışdır. O, neft və qaz sektorunda təcrübə qazanmaq üçün qısa müddətə EKVİTA şirkətindən ayrılmışdır. “Fullbright scholar” kimi ABŞ-ın Tulane Universitetindən hüquq üzrə 2-ci magistr dərəcəsini əldə etdikdən sonra EKVİTA şirkətinə yenidən qayıtmış və qısa müddətdən sonra Korporativ, Əmək/ Miqrasiya Hüququ sahələri ilə bərabər EKVİTA şirkətinin Neft/Qaz və İnfrastruktur Praktikasına rəhbərlik etməyə başlamışdır.

EKVİTA şirkətindəki karyerası boyunca Şərəf xanım aşağıdakılar daxil olmaqla müxtəlif layihələrə cəlb olunmuşdur:

Bir neçə neft/qaz şirkətinə münasibətdə çoxşaxəli sahələrlə bağlı (korporativ, birgə müəssisə müqavilələri, üçüncü tərəf/təchizat zənciri riskləri və müqavilələri, hasilatın pay bölgüsü, birgə əməliyyat, qeydiyyat xidmətləri və törəmə müqavilələr) hüquqi analiz;
Birgə müəssisənin yaradılması ilə bağlı müqavilənin tərtibi və danışıqların aparılması, eyni zamanda Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun tikintisi və istismarı ilə bağlı yerli ortaqlarla birgə müəssisənin yaradılmasında İran əczaçılıq şirkətinin təmsil edilməsi;
Azərbaycanda ən böyük neft/qaz şirkətlərindən birinin işçilər tərəfindən girov müqavilələri ilə təmin edilmiş borcların ödənilməsi ilə bağlı mübahisədə uğurla təmsil edilməsi;
Londonda keçirilən arbitraj mübahisəsində (ABŞ-la əlaqəsi olan) Azərbaycan şirkətinə hüquqi məsləhətlərin verilməsi;
Bir neçə hasilatın pay bölgüsü podratçılarına prosedur, korporativ və əmək məsələləri daxil olmaqla səhmlərin ötürülməsi ilə bağlı məsləhətlərin verilməsi;
Azərbaycana bərpa olunan enerji ilə bağlı investisiyaların və bərpa olunan mənbələrdən enerji hasilatının artırılması məqsədilə keçirilən “Bərpa olunan enerji sahəsində Azərbaycanın hüquqi və tənzimləyici bazasını inkişaf etdirmə” layihəsində əsas yerli hüquq eksperti;
Mövcud qanunvericilikdə boşluqları müəyyən etməyə və Avropa İttifaqına (onun qanunvericilik aktlarına) uyğunlaşdırmağa yönəlmiş “Bərk Tullantıların Vahid İdarəolunması” layihəsi çərçivəsində hüquq eksperti.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

EKVİTA şirkəti yeni partnyorlarını açıqlayıb (FOTO) EKVİTA şirkəti yeni partnyorlarını açıqlayıb (FOTO) EKVİTA şirkəti yeni partnyorlarını açıqlayıb (FOTO) EKVİTA şirkəti yeni partnyorlarını açıqlayıb (FOTO)


Etiketlər:  EKVİTA şirkəti yeni partnyorlarını açıqlayıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ