Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyük Britaniyanın yeni baş naziri Tetçerin portretini divardan çıxartdırıb

Böyük Britaniyanın yeni baş naziri Tetçerin portretini divardan çıxartdırıb

Tarix: 31 Avqust 2024 06:14

Dauninq küçəsindəki iqamətgahında məskunlaşan Böyük Britaniyanın yeni Baş naziri Kir Starmer "dəmir ledi" Marqaret Tetçerin portretinin otağından götürülməsinə göstəriş verib.

Oxu.Az bu barədə "The Telegraph"a istinadən xəbər verir.

Məlumata görə, Kir Starmerin bioqrafı Tom Bolduin Qlazqoda keçirilən "Aye Write" kitab festivalında deyib ki, baş nazir o rəsmi görəndə qıcıqlanırmış və buna görə də ondan qurtulmağa qərar verib.

Qeyd edək ki, portreti leyboristlərin baş naziri Qordon Braunun sifarişi ilə Riçard Stoun çəkib və əsər 2009-cu ildə təqdim olunub.


Etiketlər:  Böyük Britaniyanın yeni baş naziri Tetçerin portretini divardan çıxartdırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ