Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2024 06:30
Aktrisa Sevinc Əliyeva instaqramda izləyicilərin suallarını cavablandırıb.
Sonxeber.net olay-a istinadən bildirir ki, sənətçi üç övladını necə böyütdüyü haqda ona ünvanlanan suala verdiyi cavabı ilə diqqət çəkib.
"İlk növbədə üç övladımı böyük sevgi ilə böyüdürəm. Uşaqların ilk nümunəsi elə valideynləri olur. Ona görə də özümüzdən başlamalıyıq. Çalışın uşaqlarınızla dost olun".
"Kin saxlaya bilirsiniz? Kin saxlamaq yaxşıdır yoxsa pis?" suallarına Sevincin cavabı belə olub:
"Kin saxlamaq birmənalı olaraq yaxşı bir şey deyil. Həyatımdan kini yaratdığı səbəbi və insanı da silirəm".
Aktrisa həmçinin bildirib ki, rol aldığı "Eltilər" serialı iki ay əvvəl bitib və hazırda gərgin keçən çəkilişlərdən sonra istirahət edir.
Sevinc yeni mövsümdə serial ilə deyil filmlə tamaşaçıların qarşısına çıxacağını vurğulayıb.
Qeyd edək ki, S.Əliyevanın bir qız və iki oğlan övladı var. Rejissor Fuad Əlişovla ailəli olan aktrisa 8 il əvvəl boşanıb.