Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tragikomik hadisə: Balaca uşaq qazanın içində ilişib qaldı - FOTOlar

Tragikomik hadisə: Balaca uşaq qazanın içində ilişib qaldı - FOTOlar

Tarix: 31 Avqust 2024 16:48

Türkiyənin Batman vilayətində tragikomik hadisə yaşanıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, məlumata görə, 2 yaşlı Eslem Eren adlı balaca uşaq evinin mətbəxində oynadığı zaman "fitçalan qazan"ın içinə girib və orada ilişib qalaraq çıxa bilməyib.

Uşağın ağlamasını eşidən anası mətbəxə gəlib və onu özü xilas etmək istəyib, lakin buna nail ola bilməyib.

Bu zaman Türkiyənin "112" Təcili Zəng Mərkəzindən kömək istəyib. Evə gələn xilasetmə qrupları hidravlik kəsici alət və kəlbətin vasitəsilə uşağı ilişdiyi yerdən çıxarıblar.

Eslemin səhhətinin yaxşı olduğu bildirilib.


Etiketlər:  Tragikomik hadisə Balaca uşaq qazanın içində ilişib qaldı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ