Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Devid Bekhemin oğlu futbolla vidalaşdı

Devid Bekhemin oğlu futbolla vidalaşdı

Tarix: 3 Sentyabr 2024 14:24

Devid Bekhemin oğlu 22 yaşlı Romeo futbolla vidalaşıb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, onun qısamüddətli karyerasında ikinci və sonuncu klubu 2023-cü ildə transfer olunduğu İngiltərənin "Brentford" komandası olub. Lakin klubda cinah oyunçusu bir dəfə də olsun rəsmi oyuna çıxmayıb.

Bundan əvvəl o, atası Devid Bekhemin baş məqşçisi olduğu "İnter Mayami"də oynayıb. 2010-cu illərin ortalarında Romeo "Arsenal"ın akademiyasında qısa müddət təlim keçib.

Xarici futbol mütəxəssisləri bildirir ki, Romeonu böyük futbol istedadı adlandırmaq olmaz. Transfermarkt onu maksimum 50 min avroya qiymətləndirib. Romeonun karyerasının ən maraqlı məqamı 2022-ci ildə MLS "Next Pro"da 10 məhsuldar ötürmə ilə ilin ən yaxşı gənc oyunçusu seçilmək idi.


Etiketlər:  Devid Bekhemin oğlu futbolla vidalaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ