Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2024 16:22
Argentina Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokurorundan Venesuela Prezidenti Nikolas Maduronun həbsinə order verilməsini istəyib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Argentina Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
"İyulun 28-dən Venesuelada vəziyyətin pisləşməsini və bəşəriyyətə qarşı cinayət sayıla biləcək yeni əməllərin törədilməsini nəzərə alaraq, Argentina Respublikası BCM prokurorunu Nikolas Maduronun həbsinə order verməyə çağırır", - deyə nazirlikdən bildirilib.
Həmçinin Argentina Venesuela hökumətinin digər liderlərini də həbs etməyə çağırıb.
Əlavə edilib ki, etiraz notası sentyabrın 9-da prokurorluğa təqdim olunacaq.
Bəyanatda deyilir ki, Argentina Xarici İşlər Nazirliyi toplanmış sübutların yuxarıda qeyd olunan həbs qərarlarının verilməsinin etibarlılığını nəzərdən keçirmək üçün yetərli olduğuna inanır.