Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenskinin sözlərinə Çindən reaksiya

Zelenskinin sözlərinə Çindən reaksiya

Tarix: 13 Sentyabr 2024 23:42

Çin Rusiya və Ukrayna arasında müharibənin sülh yolu ilə həllini təşviq etməkdə davam etmək niyyətindədir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Çinin xarici işlər üzrə nümayəndəsi Mao Ninq Ukrayna Prezidenti Vladimir Zelenskinin Çin-Braziliya təşəbbüsünün sülhə əngəl olması ilə bağlı sözlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Çin və Braziliya mühüm prioritetləri, o cümlədən gərginliyin azaldılması və münaqişənin eskalasiyasının qarşısının alınmasını əhatə edən altı birgə saziş təqdim ediblər.

"Plan həmçinin bütün tərəfləri dialoq və danışıqlara sadiq olmağa, humanitar yardımı artırmağa, nüvə silahının istifadəsinə qarşı çıxmağa, nüvə stansiyalarına hücumlara müqavimət göstərməyə və qlobal sənaye və təchizat zəncirlərinin sabitliyini qorumağa çağırır", - deyə Mao bildirib.

Milli.Az


Etiketlər:  Zelenskinin sözlərinə Çindən reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ