Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniyadan Putinə ''öz üslubunda'' cavab

Britaniyadan Putinə ''öz üslubunda'' cavab

Tarix: 16 Sentyabr 2024 00:40

Rusiya Prezidenti Vladimir Putinin təhdidləri boşdur. O, çox danışır, bu onun üslubudur.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Putinin Ukrayna ordusunun Qərbin uzaqmənzilli silahları ilə Rusiya ərazisinə hücum etməsinə icazə verilməsinin NATO-nu Kremllə müharibə vəziyyətinə salacağı barədə çıxışını şərh edərkən deyib.

"O, tanklar, raketlər və nüvə silahları ilə hədələyir. Başqa ölkələri özbaşına işğal etmək istəyən imperialist faşist bizi yoldan daşındıra bilməz. Ona Ukrayna ilə bunu etməyə icazə versək, inanın ki, bununla da dayanmayacaq", - o bildirib.


Etiketlər:  Britaniyadan Putinə üslubunda cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ