Tarix: 30 Noyabr 2019 23:08
Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin final mərhələsindəki ev oyunlarından ikisinin Bakıda keçiriləcəyinə münasibət bildirib.
Qol.az xəbər verir ki, o, Türkiyə mətbuatına açıqlamasında əvvəldən Bakıda oynamağı istədiklərini deyib:
“Xeyirli olsun. Biz Bakını istəyirdik. Azərbaycanda öz meydanımızda oynayacağıq. Buraya gəlmək önəmli idi. Qürurvericidir. İnşallah, qrupdan çıxaraq daha gözəl günlər görəcəyik”.
Xatırladaq ki, Türkiyə millisi A qrupunda İtaliya, Uels və İsveçrə yığmaları ilə mübarizə aparacaq. “Ay-ulduzlular” iyulun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə Bakıda qarşılaşacaq.