Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2024 21:16
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İsrail ordusunun Fələstin ərazilərindən 12 ay ərzində çıxarılması tələbinin qoyulduğu qətnaməni 124 səslə qəbul edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, sənədin lehinə 12 ölkə çıxıb, 43-ü isə bitərəf qalıb.
Qətnamədə həmçinin ölkələr İsrailin yaşayış məntəqələrindən idxal olunan məhsullara qadağa qoyulmasına çağırılıb.
Bu, Fələstin tərəfinin BMT-də bir sıra hüquqlara yiyələndikdən sonra təqdim etdiyi ilk ali sənəddir.