Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Modriç də o sıraya qoşuldu

Modriç də o sıraya qoşuldu

Tarix: 19 Sentyabr 2024 09:06

Xorvatiya millisinin və "Real Madrid" klubunun futbolçusu Luka Modriç Çempionlar Liqasının tarixinə düşüb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, buna Liqa mərhələsinin ilk turunda "Ştutqart"la oyunda nail olub.

Belə ki, xorvatiyalı yarımmüdafiəçi 70-ci dəqiqədə meydana daxil olub və  83-cü dəqiqədə isə Antonio Rüdigerə məhsuldar ötürmə edib. 

Bununla da Modriç turnirdə assist edən ən yaşlı (39 yaş 8 gün) 3-cü futbolçu olub.

Modriçdən əvvəl ÇL-də məhsuldar ötürmə edən ən yaşlı futbolçular Amedeo Karboni (39 yaş 176 gün) və Rayan Giqqz (39 yaş 363 gün) idi.


Etiketlər:  Modriç sıraya qoşuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ