Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2024 15:34
Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu iclasında iştirak etmək üçün ABŞ-a yola düşməzdən əvvəl Atatürk Hava Limanında mətbuat konfransında bildirib.
"Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması üçün Bəşər Əsədlə görüşmək iradəmizi nümayiş etdirdik. Qarşı tərəfdən cavab gözləyirik. Biz buna hazırıq"- deyə Ərdoğan bildirib
"Əhalisi müsəlman olan iki ölkə olaraq biz bu birliyə ən qısa zamanda nail olmaq istəyirik" - deyə o,əlavə edib.