Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2024 23:32
Fransa hökumətinin yeni tərkibi bir neçə həftəlik gərgin məsləhətləşmələrdən sonra təsdiq və elan edilib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, nazirlərin siyahısını Fransa Prezident Administrasiyasının rəhbəri Aleksi Koler açıqlayıb.
Demokratik Hərəkat Partiyasından Avropa məsələləri üzrə keçmiş nazir Jan-Noel Barro yeni xarici işlər naziri təyin edilib. O, Avropa Komissiyasının vitse-prezidenti təyin edilən Stefan Sejurneni əvəzləyib.
Sebastyan Lekornu Fransa Silahlı Qüvvələri naziri postunu qoruyub, yeni hökumətdə də vəzifəsinə davam edəcək.