Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda güclü zəlzələ - Xəsarət alanların sayı açıqlandı - YENİLƏNİB

İranda güclü zəlzələ - Xəsarət alanların sayı açıqlandı - YENİLƏNİB

Tarix: 22 Sentyabr 2024 20:12

20:10

İranın Cənubi Xorasan ostanında 5,2 maqnitudalı zəlzələ nəticəsində 28 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Zəlzələ zamanı stresslə əlaqədar 10 nəfərə isə yerində lazımi dəstək verilib.

-------

17:46

İranın Cənubi Xorasan ostanında 5,2 maqnitudalı zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 16.13 radələrində Bocnurd şəhərində qeydə alınan zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, bu gün səhər İranın Şimali Xorosan ostanında 4,7 və 4,1 maqnitudalı zəlzələ olub. Zəlzələ kiçik dağıntılara yol açıb, 7 nəfər yüngül xəsarət alıb.

-----------
10:36


Bu gün səhər İranın Şimali Xorosan ostanında 4,7 və 4,1 maqnitudalı zəlzələ olub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Bojnurdda qeydə alınan zəlzələ nəticəsində kiçik dağıntılar olub, 7 nəfər yüngül xəsarət alıb.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıblar.


Etiketlər:  İranda güclü zəlzələ Xəsarət alanların sayı açıqlandı YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ