Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail ordusu ''Əl-Cəzirə''nin ofisini ələ keçirdi

İsrail ordusu ''Əl-Cəzirə''nin ofisini ələ keçirdi

Tarix: 22 Sentyabr 2024 17:40

İsrail ordusu Qətərin "Əl-Cəzirə" telekanalının Fələstinin Ramallah şəhərindəki ofisini ələ keçirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə telekanal özünün sosial şəbəkə səhifələrində məlumat yayıb.

Silahlı əsgərlər içəri girərək sənədləri ələ keçirib və kanalın bölgədəki yayımını dayandırıblar.

Telekanalın məlumatına görə, ərazidə atışma səsləri eşidilib və hərbçilər jurnalistləri ofisdən çıxarmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Qeyd edək ki, daha əvvəl Təl-Əviv Rayon Məhkəməsi Qətərin "Əl-Cəzirə" telekanalının yayımına qoyulan qadağanı və onun İsraildəki 21 ofisinin bağlı qalması müddətini daha 45 gün uzadıb.

Milli.Az


Etiketlər:  İsrail ordusu Cəzirənin ofisini ələ keçirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ