Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada ayı iki kişini və 30 iti parçalayıb

Rusiyada ayı iki kişini və 30 iti parçalayıb

Tarix: 24 Sentyabr 2024 08:38

Rusiyanın Primorye diyarında bağ evində iki nəfəri parçalayan ayını yaralayıblar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Amur Mash Telegram kanalı məlumat yayıb.

Kişilərə hücum etdikdən sonra yırtıcı gecə saatlarında Luçeqorskda sahibsiz heyvanlar üçün sığınacaqda 30-a yaxın iti parçalayıb.

Polis və Milli Qvardiya vəziyyətə müdaxilə edib. Onlar avtomobillərə reydlər keçirirlər. Onlara heyvanı məhv etmək icazəsi verilib.

Milli.Az


Etiketlər:  Rusiyada ayı kişini parçalayıb


RƏYLƏR