Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2024 20:51
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində maltalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri İan Borq ilə görüşüb.
Sonxeber.net xəbər verir ki, bu barədə C.Bayramov "X" səhifəsində paylaşım edib.
"Azərbaycan-Malta əməkdaşlığı, Azərbaycan-ATƏT münasibətləri, Ermənistanla münaqişədən sonra regiondakı normallaşma prosesi və COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparıldı", - paylaşımda vurğulanıb.