Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2024 11:54
ABŞ Dövlət Departamenti bu gün Nyu-Yorkda dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında keçiriləcək görüşün saatını açıqlayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, görüş Bakı vaxtı ilə 18:15-də baş tutacaq.
Xatırladaq ki, Azərbaycan və Ermənistanın XİN rəhbərləri BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-də səfərdədirlər.