Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda İİV-lə bağlı yeni müayinə protokolları hazırlanacaq

Azərbaycanda İİV-lə bağlı yeni müayinə protokolları hazırlanacaq

Tarix: 2 Dekabr 2019 13:28

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin sonuna kimi Ümumdünya Səhiyyə Təşkilatı İİV-in müayinəsi ilə bağlı yeni tövsiyələrin təsdiqi gözlənilir.

Trend-in məlumatına görə, bunu Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı dəyirmi masada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova deyib.

Onun sözlərinə görə, bu tövsiyələr ilin axrına kimi təsdiq olunarsa, gələn ildən Səhiyyə Nazirliyi və QİÇS mərkəzi ilə birgə yeni müayinə protokolları hazırlanacaq.

C.Süleymanova əlavə edib ki, Avropa regionunda olduğu kimi, Azərbaycanda da İİV-ə yoluxma halları qadınlara nisbətən kişilər arasında daha çox müşahidə edilir. Qərbdə QİÇS halları azalır, amma Şərqdə yoluxma hallarında azalma olmasa da, sabitləşmə müşahidə edilir:

"İİV-in gecikmiş diaqnostikası problem olaraq qalır. 2020-ci il üçün nəzərdə tutulmuş "90-90-90" hədəfinə nail ola bilmirik. Bu hədəfə görə, İİV-li insanların müalicəyə cəlb olunma, diaqnozun qoyulması, virusun insanlar arasında azalma göstəricisi 90 faizə çatmalı idi. Hazırda virus yükünün azalması təxminən 73 faizə çatıb. Çalışmalıyıq ki, birgə əməkdaşlıqla Azərbaycanda da bu hədəflərə nail olaq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda İİV bağlı yeni müayinə protokolları hazırlanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ