Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2024 18:48
Almaniya Xarici İşlər Nazirliyi vətəndaşlarını regionda gərginlik artdığı üçün təcili olaraq İran ərazisini tərk etməyə çağırıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, İran İsrail ərazisinə raket hücumu etdikdən sonra qarşı tərəfin də cavab verəcəyi ehtimalına görə bu çağırış edilib.
Rəsmi Berlin regionda münaqişə riskinin artmasını və qeyri-sabitliyi qeyd edərək vətəndaşlarını İrana ehtiyac duyulmadığı halda səfər etməməyi məsləhət görüb.
Almaniyanın İrandakı səfirliyi vurğulayıb ki, İsrailin mümkün cavab hücumu səbəbindən diplomatik missiyanın məktəbi və binası oktyabrın 3-də bağlı olacaq.