Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan Putinə xüsusi hədiyyə göndərdi

Ərdoğan Putinə xüsusi hədiyyə göndərdi

Tarix: 8 Oktyabr 2024 14:32

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə ad günü münasibətilə xüsusi hədiyyə göndərib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidentinin xarici məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.

"Türkiyə prezidenti dünənki danışığından əvvəl xüsusi olaraq hədiyyə göndərib", - Uşakov bildirib.

Uşakov bunun yaxşı türk hədiyyəsi olduğunu deyib.

Hədiyyənin dövlət qulluqçuları üçün icazə verilən üç min rubl daxilində olub-olmaması sualına cavab verən Uşakov onun bir az bahalı olduğunu qeyd edib.

Uşakov Putinin başqa hədiyyələr də aldığını bildirib.

Qeyd edək ki, 7 oktyabrda Putinin 72 yaşı tamam olub.


Etiketlər:  Ərdoğan Putinə xüsusi hədiyyə göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ