Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə son hadisələrdən sonra qalmaqallı FOTOsu gündəmə gəldi

Türkiyədə son hadisələrdən sonra qalmaqallı FOTOsu gündəmə gəldi

Tarix: 8 Oktyabr 2024 20:00

Türkiyədə son zamanlar artan qadın cinayətlərinin ardından aktyor Uraz Kayqılaroğlunun bir müddət öncə yer aldığı layihə yenidən gündəmə gəlib.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, aktyorun masanın üzərində hissələrə ayrılmış qadının da təsvir olunduğu rəsm əsəri yenə də tənqid hədəfi olub.

O daha öncə bu məsələ ilə bağlı üzr istəsə də, bu günlərdə tənqidlərə məruz qalıb. Buna görə də açıqlama verməli olub:

"Əgər bu tip cinayətlər mənim aktyorluq etməməyimlə bitəcəksə, bir daha bu işlə məşğul olmaram. Əgər bu hadisələr mənim və mənim kimi digər şəxslərə cəmiyyətdə məhdudiyyətlər qoyulmaqla sona çatacaqsa, bunu məmnuniyyətlə qəbul edib başqa bir iş görərəm".

Qeyd edək ki, oktyabrın 5-i psixoloji problemləri olan 19 yaşlı Semih Çelik adlı şəxs İkbal Uzuner adlı qızın başını bıçaqla kəsərək qala divarlarından aşağı atıb. O həmin gün daha əvvəl öz evində keçmiş sevgilisi, həmyaşıdı Ayşenur Halili də vəhşicəsinə qətlə yetirib.


Etiketlər:  Türkiyədə hadisələrdən sonra qalmaqallı FOTOsu gündəmə gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ