Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2024 15:20
2024-cü ilin sentyabr ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 60 milyon 659 min 88 nəfər olub.
Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 5 faiz azalaraq, 13 milyon 258 min 640 nəfər, beynəlxalq reyslər üzrə isə 8 faiz artaraq 47 milyon 400 min 448 nəfər təşkil edib.
2024-cü ilin sentyabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 2 milyon 415 min 614 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 169 min 100 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 15 faiz artaraq, 2 milyon 246 min 513 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin avqust ayı ilə müqayisədə 2 faiz artaraq, 391 min 489 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 8 faiz azalaraq, 90 min 616, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 391 min 489 olub.
Bu ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 177 milyon 135 min 729 nəfər, yük daşınması isə 3 milyon 712 min 255 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.