Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2024 09:46
"Ukraynanın NATO-ya dəvət edilməsi və alyansa gələcək üzvlüyü sülh yolunda real addımlar ola bilər. Bu, Avropanı maraqlandırmalıdır".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Xorvatiyada Ukrayna-Cənub-Şərqi Avropa sammitində çıxışı zamanı deyib.
"Ukraynanın NATO-da yeri varmı? Əgər bu, lazımi qaydada təsdiqlənərsə, Rusiya Avropanın sərhədləri, müstəqil dövlətləri və hər birinin öz gələcəyini seçmək hüququna malik olduğunu qəbul etməlidir", - deyə Zelenski vurğulayıb.
Ukrayna liderinin sözlərinə görə, Rusiyanın bu reallığı qəbul etməsi yalnız Ukraynaya qarşı bir daha Rusiya tərəfindən müharibənin edilməyəcəyini anlamaqdan başlaya bilər.