Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2024 19:35
"İndi mən deyərəm deyərlər ki, oğludur deyə Fuadı tərifləyir. Əgər bu suala cavab tapmaq istəyən tamaşaçılar varsa onun bu heyyətlə fimləri və çəkilişləri olub. Maraqlıdırsa tamaşaçılar baxsın və özləri oğlum Fuadın aktyorluq oyununa qiymət versinlər".
Sonxeber.net xəbər verir ki, bu sözləri "Bu şəhərdə" estrada teatrının üzvü, Əməkdar artist Rafael İsgəndərov olay-a özəl müsahibəsində deyib.
Oğlu Fuad İsgəndərovun aktyorluq istedadından söz açan sənətçi bildirib ki, hərdən ondan məsləhələr alır:
"Oğlum Fuadın aktyorluq istedadı qanında var. Qan su deyil, verilib nə qədər olmasa da... Yekəxana kimi çıxmasın, özümü tərifləmirəm. Müəllimlikdə edirəm Fuada. Hərdən bir olur ki, indiki zəmanəyə uyğun o da mənə məsləhət verir. Aktyor oyununa görə yox iş barəsində".
Aktyor verilişlərin birində səsləndirdiyi "Plastik və estetik əməliyyat etdirmək günahdır" fikirlərinə bu sözlərlə aydınlıq gətirib:
"Misal üçün bir insan uşaq vaxtı yıxılıb burnu qırılıb və ya qadın xeylağıdır burnunda çəpər əyriliyi var. Gedirlər burunlarını əməliyyat edib, problemi aradan qaldırırlar. Bunu etmək olar, hətta deyərdim lazımdır. Amma müəyyən səbəblərə görə heç bir problem olmadan bıçaq altına uzananda buna camaat baxır və ələ salır. Həkimə deyirlər ki, istəyirəm dodağım yekə olsun... Allah bu cür görüb - boyu balaca, saçı buruq, burnu yekə, ayaqları əyri... Özümdən gedir söhbət".
"Ağ saçlarınızı rəngləməyi düşünürsünüz?" sualına Rafaelin cavabı belə olub:
"Mənə dəfələrlə təklif ediblər ki, saçına niyə rəng qoymursan. Cavab vermişəm ki, istədiyim rəngi tapa bilmirəm".