Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

London metrosunda dəhşətli anlar - FOTO

London metrosunda dəhşətli anlar - FOTO

Tarix: 10 Oktyabr 2024 20:08

Londonda metro stansiyasında dəhşətli anlar yaşanıb.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, "Oksford Circus" Stansiyasında yaşayan bomj 24 yaşlı Brava Şorş yaşlı kişini metro relslərinə itələdi. Nəticədə qatar yoluna yıxılan 60 yaşlı Tadeusz Potozeki digər sərnişin son anda xilas edib.

Polis hadisə yerinə gələrək 24 yaşlı bomju tutub. Məhkəmdə ifadə verən şəxs yaşlı kişini əsəbləşdiyi üçün qatar yoluna atdığını bildirib.

"Mənə tərs-tərs baxırdı. Evsiz insan olanda nə olar? Hamı məni incidir", - deyə məhkəmədə ifadə verib.

Məhkəmənin qərarı ilə Brava Şorş 8 il azadlıqdan məhrum edilib.


Etiketlər:  London metrosunda dəhşətli anlar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ