Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2024 22:22
Rusiyada keçirilən yeni ictimai rəy sorğusu rusların Ukraynadakı müharibədən yorulduğunu təsdiqləyib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, Levada Mərkəzinin keçirdiyi sorğuya görə, Ukraynadakı müharibənin Rusiyaya xeyirdən çox ziyan vurduğuna inanan rusların sayı 47%-ə yüksəlib.
Eyni zamanda, bu təcavüzün fayda gətirdiyinə inanan Rusiya sakinlərinin sayı 10 faiz azalıb və 28%-ə düşüb.
Qadınlar (respondentlərin 55%-i), gənclər (55%-i), kiçik şəhərlərin sakinləri (52%-i) müharibədən xüsusi narazılıqlarını bildiriblər, ölkənin yanlış yolda olduğuna inananların sayı isə 77% faizə qalxıb.