Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kopırkin Gümrü bazasına getdi, rus sərhədçilərlə də görüşdü

Kopırkin Gümrü bazasına getdi, rus sərhədçilərlə də görüşdü

Tarix: 12 Oktyabr 2024 23:12

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 102-ci hərbi bazasında olub.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, səfir Rusiya Federasiyası FTX-nin Sərhəd İdarəsinin Leninakan dəstəsinin dislokasiyasına da baş çəkib və həmçinin Gümrü şəhərində Rusiya universitetlərinin "Rusiyada təhsil: Gümrü 2024" sərgisinin açılışında iştirak edib.

Qeyd edək ki, Rusiya sərhədçilərinin Ermənistan-İran və Ermənistan-Rusiya sərhədindən 1 yanvar 2025-ci ilə qədər geri çəkiləcəyi, həmçinin Zəngəzur dəhlizinə görə onların bu ərazidə yerləşəcəyi xəbərləri fonunda Kopırkinin səfəri diqqət çəkib.


Etiketlər:  Kopırkin Gümrü bazasına getdi sərhədçilərlə görüşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ