Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT işçilərini belə qoruya bilmir, utancvericidir - Ərdoğan

BMT işçilərini belə qoruya bilmir, utancvericidir - Ərdoğan

Tarix: 14 Oktyabr 2024 23:46

BMT öz işçilərini belə qoruya bilmir. Bu utancvericidir və bizi narahat edir.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

"Təsəvvür edin, İsrail tankları BMT zonasına daxil olur, sülhməramlılara hücum edir, onlardan bəzilərini yaralayır və BMT Təhlükəsizlik Şurası bütün bu quldurluğu sadəcə seyr edir. BMT Təhlükəsizlik Şurası İsraili dayandırmaq üçün nə gözləyir?" - Ərdoğan bildirib.

O, həmçinin xatırladıb ki, İsrail rəhbərliyi əvvəllər Suriyada terrorçuları dəstəkləyən və Türkiyənin onlarla döyüşməsinə mane olan ölkələrdən razılıq və yardım alır.


Etiketlər:  işçilərini belə qoruya bilmir utancvericidir Ərdoğan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ