Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aygün Kazımovanın mahnısı yenidən gündəm oldu - VİDEO

Aygün Kazımovanın mahnısı yenidən gündəm oldu - VİDEO

Tarix: 15 Oktyabr 2024 20:05

Rok qrupu "Döngə" Xalq artisti Aygün Kazımovanın məşhur hiti "Sənsizliyim"in yeni interpretasiyasını təqdim edərək musiqi dinləyiciləri təəccübləndirib.

Sonxeber.net bildirir ki, Rok aranjımanının premyerası İctimai telekanalında, populyar Azərbaycan müğənnisinin yaradıcılığına həsr olunmuş "Hər Zaman Musiqi" proqramı çərçivəsində baş tutub.

Yeni interpretasiyanın xüsusi əhəmiyyəti ondadır ki, Aygün Kazımova proqramın yayımı zamanı öz hitinin rok versiyası haqqında müsbət rəy bildirib. Mahnının yeni versiyasına maraq televiziya auditoriyası ilə yanaşı Instagram və TikTok platformalarında populyarlıq qazanaraq dinləyicilərdən müsbət rəylər alıb.

Qeyd edək ki, 1999-cu ildə ilk dəfə ifa olunan "Sənsizliyim" mahnısının orijinal versiyası Aygün Kazımovanın karyerasında xüsusi yeri var. Musiqinin müəllifi bəstəkar Rövşən Şərəfli, sözlərin müəllifi isə şair Vahid Əzizdir.


Etiketlər:  Aygün Kazımovanın mahnısı yenidən gündəm oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ