Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu məhsul marketlərdə üçqat baha satılır

Bu məhsul marketlərdə üçqat baha satılır

Tarix: 15 Oktyabr 2024 23:32

Azərbaycanda unun topdansatışı ilə məşğul olan şirkətlər tərəfindən verilən məlumata görə hazırda 50 kiloqramlıq un kisəsinin qiyməti 25,3-27,5 manat arasında dəyişir.

Mİlli.Az Yeniavaz.com-a istinadən xəbər verir ki, son bir neçə aydır 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətində heç bir dəyişiklik olmayıb.

Qeyd edək ki, hazırda 50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə - 25,3 manata "Dəvəçi-Taxıl" MMC, ən baha qiymətə - 27,5 manata "Azeri-Arapoğlu U.S və T.LTD" BM satır.

Məlumat üçün bildirək ki, Azərbaycanda unun topdansatış qiymətilə pərakəndə satış qiyməti arasında kəskin fərq var.

Açıqlanan rəsmi məlumatlara görə, Azərbaycanda pərakəndə satış şəbəkələrində (marketlər) 1 kiloqram unun orta satış qiyməti 1 manat 50 qəpik təşkil edir. Hazırda 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətinin 25-26 manat (1 kiloqram - 50-52 qəpik) olduğunu nəzərə alsaq, o zaman unun marketlərdə topdansatış qiymətindən təxminən 3 dəfə baha satıldığı görülür.

Onu da qeyd edək ki, marketlərdə xaricdən idxal olunan un yerli un ilə müqayisədə daha baha satılır. Belə ki, marketlərdə idxal unun 1 kiloqramının orta satış qiyməti 1 manat 70 qəpik təşkil edir. Bu ilin ilk 8 ayı ərzində Rusiyadan Azərbaycana gətirilən unun 1 kiloqramın orta gömrük dəyəri (ölkəyə daxil olma qiyməti) 49 qəpik (29 sent) olub.


Etiketlər:  məhsul marketlərdə üçqat baha satılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ