Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Muradla bağlı xəbərləri pulla...”

“Muradla bağlı xəbərləri pulla...”

Tarix: 18 Oktyabr 2024 10:55

Aktrisa Ülviyyə  Xalinbəyova  açıqlaması ilə diqqət çəkib. 

Sonxeber.net olay-a istinadən xəbər verir ki, "Xəbərin var?" maqazin verilişində qonaq olan aktrisa keçmiş həyat yoldaşı Murad İsmayılla münasibətlərindən danışmaq istəməyib. 

Proqramın aparıcısı İsa Şükürovun "Muradla boşandıqdan sonra sizi ailə şəklində uşaqlarınızla birgə istirahətə getdiyinizi paylaşımlarınızdan gördük. Hazırda münasibətləriniz necədir?" sualına Ülviyyənin cavabı belə olub: 

"Sözlərimi elə seçməyə çalışıram ki, xəbər hazırlamasınlar. Amma yenə də nəsə tapırlar yazmağa. Heç bir şərh vermək istəmirəm. Bu mövzunun Muradla heç bir əlaqəsi yoxdur. Sadəcə haqqımda çıxan xəbərlərdən və yazılan şərhlərdən yoruluram. İnsanlar Muradla bağlı xəbərləri pulla etdirdiyimi düşünürlər. Bu şeylər isə məni yorur".

Qeyd edək ki, Ülviyyə və Murad cütlüyü aylar əvvəl boşandıqlarını açıqlayıb. Onların iki oğlan övladı var.


Etiketlər:  Muradla bağlı xəbərləri pulla


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ