Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Putin Cənubi Qafqazı İrana “verdi”''

''Putin Cənubi Qafqazı İrana “verdi”''

Tarix: 18 Oktyabr 2024 12:32

Rusiya Ukrayna böhranından diqqətini yayındırmamaq üçün Cənubi Qafqazdakı fəaliyyət "estafeti"ni İrana verdi.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, belə bir iddianı erməni politoloq Suren Surenyants səsləndirib.

"Sputnik"ə müsahibəsində Surenyants bildirib ki, Putinin Tehranla Cənubi Qafqaz üzrə müvafiq razılaşmaları var və o, bunu məntiqli hesab edir:

"Çünki BRİKS-in Kazanda keçiriləcək sammitində iki ölkə strateji müttəfiqə çevriləcək - imzalanmaq üçün müvafiq sənəd hazırlanır. Maraqlıdır ki, Putin hətta oktyabrın 23-ünü (BRİKS sammiti oktyabrın 22-24-də keçiriləcək - red.) gözləmədi, Pezeşkianla oktyabrın 11-də Aşqabadda görüşdü. Mən əminəm ki, Rusiya İranla Cənubi Qafqaz regionunda yaranan strateji məsələləri müzakirə edir. İran ətrafında halqa daralır, Rusiya isə hələ də Şərqi Avropa və Ukrayna ilə problemləri həll etməklə məşğuldur. Bundan əlavə, Tehranın Cənubi Qafqaz regionunda aktivləşməsi, Rusiyanın "qırmızı xətlərini" keçmir".


Etiketlər:  Putin Cənubi Qafqazı İrana verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ