Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Netanyahunun evinə PUA hücumu olub - FOTO

Netanyahunun evinə PUA hücumu olub - FOTO

Tarix: 19 Oktyabr 2024 11:54

İsrailin baş naziri Benyamin Netanyahunun evinə PUA hücumu olub.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

Məlumatda bildirilir ki, baş nazirin Qeysəriyyədəki şəxsi iqamətgahı bu səhər Livandan buraxılan pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.

Hücum zamanı baş nazir Benyamin Netanyahu və həyat yoldaşı evdə olmayıb. Xəsarət alan olmayıb.


Etiketlər:  Netanyahunun evinə hücumu olub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ