Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xatirədən ailəsi ilə bağlı qadağa

Xatirədən ailəsi ilə bağlı qadağa

Tarix: 19 Oktyabr 2024 15:15

Müğənni Xatirə İslam aparıcılara qadağa qoyub. 

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Tarixin bir günü" verilişində deyib. O bildirib ki, şəxsi həyatı, ailəsi ilə bağlı suallara qadağa qoyub:

"Çoxdan idi belə şeylər olmurdu. Yenidən başlayıb. Ömründə ailə, uşaq danışılmırdı. İstəmirəm bu haqda sual verilsin. Hansı mahnını istəyirsiniz oxuyum. Niyə ailəm müzakirəyə səbəb olsun? Səbəb nədir? Mən başqasının ailəsi haqda bilirəm? O da bilməsin. Aparıcı sual verir, mən də cavab verməsəm deyirlər boşanıblar. Məcbur sən də oturub danışırsan. Hər şey normaldır. Həyatımda nə baş versə, deyəcəyəm belədir. Bir neçə gün foto paylaşmayanda başlayırlar ayrılıblar. Qəsdən mən də şəkil paylaşmıram".

Qeyd edək ki, Xatirə Fəxrəddin Musayev adlı şəxslə ailəlidir. Cütlüyün bir oğul övladı var. 


Etiketlər:  Xatirədən ailəsi ilə bağlı qadağa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ