Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Magistraturaya qəbul prosesinin sadələşdirilməsi ilə bağlı təkliflər hazırlanıb

Magistraturaya qəbul prosesinin sadələşdirilməsi ilə bağlı təkliflər hazırlanıb

Tarix: 3 Dekabr 2019 13:38

Bakı. İlhamə Isabalayeva - Trend:

Perspektivli gənclərin elmə daha aktiv cəlb edilməsi məqsədilə magistraturaya qəbul prosesinin sadələşdirilməsi və əksər ixtisaslar üzrə qəbulun bir mərhələli keçirilməsi ilə bağlı təkliflər hazırlanıb.

Trend-in məlumatına görə, bunu Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransının açılış mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, magistraturaya qəbul prosesinin sadələşdirilməsi və əksər ixtisaslar üzrə qəbulun bir mərhələli keçirilməsi, eləcə də bu səviyyədə qəbul zamanı müvafiq ixtisaslar üzrə tələbə qəbulunun sayı ilə bağlı məhdudiyyətin aradan qaldırılması ilə bağlı ali təhsil müəssisələri ilə müzakirələrin aparılması yekunlaşıb.

Nazir əlavə edib ki, hazırlanmış təkliflər aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.


Etiketlər:  Magistraturaya qəbul prosesinin sadələşdirilməsi ilə bağlı təkliflər hazırlanıb


RƏYLƏR