Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2024 17:28
PKK/KCK terror təşkilatı üçün bölgə xalqından xərac toplayan təşkilatın məsul şəxsləri Caize Selber və Əminə Ulaş İraqda zərərsizləşdirilib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Türkiyənin Milli İstihbarat Təşkilatının apardığı araşdırmalar nəticəsində PKK/KCK üzvlərindən "Berfin Roj" kod adlı Caize Selber və "Tekoşin Dilgeş" kod adlı Emine Ulaş məhv edilib.
Onların yüksək vəzifəli şəxslərlə yaxın münasibətdə olduqları, terror təşkilatına qoşulacaq gəncləri müəyyən edib təşviq etdikləri öyrənilib. Təşkilatın rəhbər şəxslərindən hesab edilən bu iki qadın Türkiyədəki gənclər təşkilatının üzvlərinə təlimatlar da çatdırırlarmış.