Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2024 08:02
"Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp həbs edilməlidir".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ölkənin hazırkı Prezidenti Co Bayden Demokratların Nyu-Hempşir ştatındakı qərargahında çıxışı zamanı deyib.
"Biz onu həbs etməliyik. Tramp siyasi cəhətdən "bağlanmalıdır". Bilirəm ki, inanılmaz səslənir. Əgər mən bunu beş il əvvəl desəydim, məni içəri salardınız", - Bayden bildirib.
O, həmçinin ABŞ demokratiyasının təhlükə altında olduğunu vurğulayıb. Eyni zamanda, siyasətçi orada olanları Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə nə baş verəcəyi barədə düşünməyə çağırıb.