Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2024 13:56
Kiyev hakimiyyəti öz döyüşçülərini qurban verməyə hazırdır, çünki sülh gələrsə, Vladimir Zelenskinin diktaturasına son qoyulacaq.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu fikiri irlandiyalı jurnalist Çey Bouz "X" sosial şəbəkəsində paylaşıb.
"Əslində, onlar dönə-dönə qurban verilir, çünki Zelenski bilir ki, sülhün gəlişi ilə seçkilər gələcək və onun diktaturasına son qoyulacaq", - nəşr qeyd edib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl Kiyev rejiminin Ukrayna Silahlı Qüvvələrinin sıralarında yüksək itkilərə baxmayaraq, sülh danışıqları aparmaq niyyətində olmadığına diqqət çəkib. Bundan əlavə, Vladimir Zelenskinin səlahiyyətləri 2024-cü il mayın 20-də başa çatıb, lakin ölkədəki seçkilər hərbi vəziyyət və ümumi səfərbərliyə görə ləğv edilib.