Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2024 23:38
Bu qələbənin əsas müəllifi, şübhəsiz ki, gürcü xalqıdır. Bir milyondan çox həmvətənimiz səsverməyə çıxaraq sülhü, ölkəmizin həqiqətən də parlaq və avropalı gələcəyini dəstəkləyib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze partiyanın mərkəzi qərargahı önündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Gürcü Arzusunun 12 illik hakimiyyəti dövründə heç bir gün asan olmayıb, lakin son 4 il xüsusilə çətin keçib.
Qeyd edək ki, Gürcüstan MSK-sının rəsmi açıqlamasına görə, səslərin 97%-i sayılıb. Gürcü Arzusu 52,99 faiz səslə liderdir.