Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2024 11:48
Noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərində artıq 50 milyondan çox amerikalı erkən səs verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə erkən səsvermə sisteminin məlumatlarına istinadən "Axios" portalı yazıb.
Bildirilib ki, 2020-ci ildə keçirilən seçkilər zamanı vaxtından əvvəl səs verən seçicilərin ümumi sayı təqribən 100 milyon nəfər təşkil edib.
Xatırladaq ki, ABŞ-nin hazırkı lideri Co Bayden də bir neçə gün əvvəl erkən səs verib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq. ABŞ prezidenti postu uğrunda Demokratlar partiyasından Kamala Harris və Respublikaçılar partiyasından Donald Tramp mübarizə aparacaq.