Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2024 16:30
Şərabın normadan artıq dozası sağlamlığa ziyan ola bilər.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, məlumata görə, bunu Narkologiya və Psixiatriya Klinikasının rəhbəri, rusiyalı həkim-psixiatr, narkoloq Ruslan İsayev bildirib ki, gündəlik bir qədəh qırmızı şərabın faydası haqqında geniş yayılmış yanlış fikir çox vaxt spirtli içki qəbulunu əsaslandırmaq və ya reklam məqsədləri üçün istifadə olunur.
Qırmızı şərab istehsalçıları tez-tez içkinin tərkibindəki bitki mənşəli maddələr - polifenollar sayəsində antioksidant xüsusiyyətlərə malik olduğunu, yaşlanmanı ləngitdiyini və xərçəngin qarşısını aldığını iddia edirlər. "İdeal laboratoriya şəraitində bu antioksidantlar orqanizmin mikroflorası ilə qarşılıqlı təsirdə olarkən həqiqətən də bəzi bakteriyaların artmasına, digərlərinin qarşısının alınmasına və mikrobiomun fəaliyyətinin yaxşılaşmasına kömək edir", - deyə İsayev qeyd edib.
Lakin narkoloqun sözlərinə görə, real şəraitdə şərabın "faydası" heçə enir. Birincisi, antioksidantlar çox uçucudur və 90% hallarda bir neçə ay saxlanıldıqdan sonra yox olur. Onlar yalnız içilməsi qəbul edilməyən cavan və hələ turş şərabda olur. İkincisi, şərabın antioksidant xüsusiyyətləri etanolun vurduğu zərərdən daha az fayda verir.
İsayev vurğulayıb ki, sübut olunub: spirtli içkilərin ən təhlükəsiz dozası onun olmamasıdır. İnsan orqanizmini və onda baş verən prosesləri ideal laboratoriya şəraiti ilə müqayisə etmək olmaz.