Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Braziliya üç milli parkın özəlləşdirilməsinə hazırlaşır

Braziliya üç milli parkın özəlləşdirilməsinə hazırlaşır

Tarix: 4 Dekabr 2019 05:56

Bakı. Trend:

Braziliya hökuməti məşhur şəlalələr kompleksinin bir hissəsi yerləşən İguasu və digər iki milli parkın özəlləşdirilməsinə hazırlaşır.

Trend-in məəlumatına görə, bu barədə ölkənin rəsmi jurnalında dərc olunmuş sərəncamda deyilir.

Sərəncamda hökumətin üç milli parkı - Lensoys-Maranyensis (Maranyan ştatı, şimal-şərq), Jerikuakuara (Seara, şimal-şərq) və İquasu (Parana ştatı, cənub), prezident administrasiyasının tərəfdaşlıq investisiya və qeyri milliləşdirmə proqramlarına daxil etmək qərarı verdiyi bildirilir.

Sənəddə qeyd olunur ki, dövlət əmlakının özəlləşdirilməsi üçün zəruri materialların hazırlanması barədə müqavilə Braziliyanın İqtisadi və Sosial İnkişaf Bankı (BNDES) ilə bağlana bilər.

Turizm Nazirliyinin verdiyi məlumata görə, 2018-ci ildə İguasu Milli Parkı ölkədə ən çox ziyarət edilən ikinci yer olub, Rio de Janeyrodakı Tijuka Milli Parkı isə turist axını siyahısında birinci yeri tutub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Braziliya üç milli parkın özəlləşdirilməsinə hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ