Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyanın şimal-şərqində 4.8 bal gücündə zəlzələ baş verib

Yaponiyanın şimal-şərqində 4.8 bal gücündə zəlzələ baş verib

Tarix: 4 Dekabr 2019 07:52

Bakı. Trend:

Honsyu adasının şimal-şərqində İbaraki prefekturasındakı Hitati şəhərinin ərazisində 4.8 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, Milli Meteoroloji idarənin saytında bildirilir ki, zəlzələ nəticəsində sunami təhlükəsi yoxdur.

Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.

Xəsarət və dağıntı barədə məlumat verilməyib, nəqliyyat qrafik üzrə işləyir. Bölgədə yerləşən nüvə elektrik qurğuları zərər çəkməyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Yaponiyanın şimal şərqində gücündə zəlzələ baş verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ