Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2024 23:48
23:46
ABŞ prezident seçkisində seçicilərin üçdə birindən çoxu vaxtından əvvəl səs verib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Florida Universitetinin Seçki Prosesləri Laboratoriyası məlumat yayıb.
Onun məlumatına görə, ümumilikdə 84,6 milyon nəfər vaxtından əvvəl səs verib, 46,3 milyon nəfər şəxsən seçki məntəqələrinə gəlib, 38,3 milyon nəfər isə poçt vasitəsilə səs verib. Uzaqdan səsvermə üçün ümumilikdə 67,4 milyon bülleten tələb olunub.
Seçkilərdə təxminən 244 milyon insanın səs verməsi gözlənilir.
Son seçkilərdə 158,4 milyondan çox amerikalı iştirak edib.
-------------
20:35
Xəbər verdiyimiz kimi, ABŞ-də 60-cı prezident seçkiləri keçirilir.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, ölkə üzrə ən sonuncu məntəqələr noyabrın 6-da Havay (Bakı vaxtı ilə 08:00) və Alyaskada (Bakı vaxtı ilə 10:00) bağlanacaq.
Ölkənin 47-ci prezidenti olmaq uğrunda Demokratlar partiyasından namizəd, ölkənin hazırkı vitse-prezidenti Kamala Harrislə Respublikaçılar partiyasından namizəd, ABŞ-nin keçmiş Prezidenti Donald Tramp mübarizə aparır.
ABŞ-nin müxtəlif ştatlarından çəkilən fotoları təqdim edirik: