Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2024 22:22
Almaniya Gürcüstanla 237 milyon avro dəyərində layihələrin icrasını dayandırıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer "X" hesabında bildirib.
"Biz yaşıl hidrogenin, enerji şəbəkəsinin, Batuminin su infrastrukturunun maliyyələşdirilməsini dayandırdıq", - Peter Fişer yazıb.
Onun sözlərinə görə, qərar Gürcüstanın Aİ yolundan uzaqlaşması və etirazçılara təzyiqlə əlaqədar qəbul edilib. /APA