Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2019 11:32
Bakı. Trend:
Silahlılar ötən sutka ərzində Suriyanın Latakiya, İdlib və Hələb əyalətlərinin yaşayış məntəqələrini atəşə tutublar.
Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.
V.Kupçişin deyib: "Sutka ərzində silahlılar Latakiya əyalətinin Cubb-əl-Mhara, Kinsiba, Ruyeset-İskəndər, Kesab, Səfər yaşayış məntəqələrini, İdlib əyalətinin Safsafa, Niha yaşayış məntəqələrini, Hələb əyalətinin isə Rəşidin yaşayış məntəqəsini atəşə tutublar".