Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? - Yenilənib - FOTO

Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? - Yenilənib - FOTO

Tarix: 6 Noyabr 2024 23:32

21:49

Goranboy şəhər 1 nömrəli tam orta məktəbdə fizika fənnini tədris edən Elnur Aslanov dünyasını dəyişib.​

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. İddia edilib ki, müəllim bir neçə gün öncə Goranboy Təhsil Sektorunda olub və qəbul zamanı əsəbiləşdiyi üçün həmin vaxt beyninə qan sızıb, bundan sonra halı pisləşib. Müəllimin xəstəxanaya yerləşdirildiyi, beyin əməliyyatı olunduğu da vurğulanıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

İddialarla bağlı Gəncə-Daşkəsən Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: "Goranboy şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Elnur Aslanov 3 noyabr tarixində vəfat edib. Müəllimin hansı səbəbdən dünyasını dəyişdiyi barədə məlumatı müvafiq dövlət orqanından əldə edə bilərsiniz".

***

TƏBİB hadisə ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, 30.10.2024-cü il tarixində saat 18:30 radələrində 1984-cü il təvəllüdlü (kişi cinsli) şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub:

"Ona hipertonik kriz diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrindən birinə təxliyə olunub".

------------
12:02


Goranboyda orta məktəb müəllimi vəfat edib.

Sonxeber.net metbuat.az-a istinadla xəbər verir ki, şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Elnur Aslanov dünyasını dəyişib.

O, orta məktəbdə fizika fənnini tədris edirdi.

Gənc müəllimin ölüm səbəbi açıqlanmayıb.


Etiketlər:  Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub Yenilənib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ